• Bakı 18° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Qohumunu ov silahı ilə vurmaqda şübhəli bilinən şəxs SAXLANILDI

HADİSƏ

07 Iyul 2024 | 12:48

Qohumunu ov silahı ilə vurmaqda şübhəli bilinən şəxs SAXLANILDI

İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR