Avqustun 17-nə keçən gecədən İsrail xilasetmə xidmətinin onlarla şəxsi heyəti Qüds yaxınlığındakı yanğını söndürməyə çalışırlar.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 avqust səhərindən etibarən yanğınsöndürənlərin tədbirləri Beyt Meir və Kaslon yaşayış məntəqələri, eləcə də "Eytanim" xəstəxanasının yaxınlığında cəmləşmişdir. Even Sapir qəsəbəsinin sakinlərinin təxliyəsinə hazırlıqlar davam edir.
Çərşənbə axşamı səhər tezdən yanğınsöndürmə təyyarələri yenidən havaya qalxıb.
İsrail hökuməti yanğınların söndürülməsində bir neçə dövlətə müraciət edib. Türkiyə də İsrail yanğınsöndürənlərinə kömək etmək üçün təyyarə göndərəcək.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















