• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldı - FOTO

HADİSƏ

16 Sentyabr 2021 | 12:47

Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldı - FOTO

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ki, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov saxlanılıb. Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan məişət təmir avadanlıqları, müxtəlif ərzaq məhsulları, siqaret, suötürücü qurğular və elektrik naqilləri oğurladığı müəyyən edilib.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.


Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026