Qurban ibadəti zamanı şəriət və gigiyena qaydalarına əməl etmək vacibdir.
Bakıvaxtı.az xəbər verir ki, qurban kəsərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməlidir:
Heyvan sağlam olmalıdır – Xəstə, arıq və qüsurlu heyvanlar qurban sayılmır.
Yaş həddi mühümdür:
• Qoyun və keçi – ən az 1 il
• İnək və öküz – 1-2 il və daha çox
• Dəvə – 5 ilini tamamlamalıdır
Bir neçə adamın şərik olması halında halallıq mütləq alınmalıdır.
Qurbanın bölünməsi:
Öz ailənə Kasıb və ehtiyaclılara ;
Qohum-əqrəbaya paylanmalıdır
Kəsim qaydası:
– Heyvan qibləyə uzadılmalı
– Kəsim zamanı “Bismillahi və billahi vəllahu əkbər” demək tövsiyə olunur
– Kəsim uşaqların gözü qarşısında edilməməlidir .
Qurban yalnız bir ibadət deyil, həm də paylaşmaq və mərhəmət hissinin təcəssümüdür.
Allah qurbanınızı qəbul eləsin!