Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.
Hazırda Qusar Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
*** 16:13
Qusar rayonunda 5 nəfər dəm qazından boğulub.
Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhərdəki evlərdən birində beş nəfərin meyiti tapılıb.
adisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.
















