Uzun müddət qidalanmadıqda insanda ağız qoxusu yaranır. Ramazan ayında oruc tutan şəxslər ağız qoxusundan qurtulmaq üçün nə etməlidir?
Bakıvaxtı.az-ın məlumatına görə, ağız və üz-çənə cərrahiyyəsi mütəxəssisi Dr. Osman Çetin ağız qoxusunun qarşısını almağın yollarından danışıb. Çətin sahurda istehlak ediləcək aşağıdakı qidaların Ramazan ayında ağız qoxusunun qarşısını almağa kömək etdiyini bildirib:
“Cəfəri, nanə, zəncəfil və yaşıl çay ağız qoxusunun qarşısını alır. Xüsusilə iftar və sahurda dişlərimizi fırçalamaq, diş ipi və xoş qoxu verən ağız məhlullarından istifadə etmək lazımdır".
Onun sözlərinə görə, isti və ya çox soyuq içkilər qəbul etməyə diqqət yetirilməlidir, çünki onlar ağız qoxusuna səbəb olur.
"İftar və sahurda kolbasa, soğan, sarımsaq kimi iyverən qidalardan uzaq durmaq lazımdır. İftarda yeməyin yanında limonlu su için”, - deyə mütəxəssis bildirib.
Nuranə Daxilqızı
















