• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi

İDMAN

30 May 2021 | 22:57

Rəcəbov Nepomnyaşi ilə heç-heçə etdi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.

İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək.

Qeyd edək ki, finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026