• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rəisi Səudiyyə Ərəbistanına gedəcək

DÜNYA

03 Aprel 2023 | 14:41

Rəisi Səudiyyə Ərəbistanına gedəcək

İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı İranın birinci vitse-prezidenti Məhəmməd Mohber açıqlayıb.

Onun sözlərinə görə, Rəisi Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel Əzizin bununla bağlı təklifini qəbul edib. 
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib. Buna səbəb isə, tanınmış şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən sonra keçirilən etiraz aksiyası zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum etməsi olub. 2023-cü ilin martın 10-u isə Pekində baş tutan danışıqların yekununda İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı iki ölkə nümayəndələri arasında razılaşma imzalandığı məlum olub. Tərəflər 2 ay ərzində səfirlik və nümayəndəliyin açılması ilə bağlı razılığa gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR