• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rəisi təhdid etdi: Hücuma cavab veriləcək!

DÜNYA

05 Yanvar 2024 | 15:24 | Müəllif: Subhan Mahmudov

Rəisi təhdid etdi: Hücuma cavab veriləcək!

Kirmandakı partlayışların məsuliyyətini üzərinə götürən İŞİD ABŞ və İsrail tərəfindən yaradılıb və idarə edilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərkən deyib.

O bildirib ki, ABŞ bölgədə islami dəyərlərə sahib başqa bir İsrailin formalaşdırmağa çalışırdı:

“Bu planları isə alınmadı. Mən bu hadisə ilə bağlı xalqımızı arxayın edirəm. Qisas təşəbbüsü İran Silahlı Qüvvələrinin əlindədir. Hücuma cavab veriləcək. Yer və vaxt ordumuz tərəfindən müəyyən ediləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026