“Azad” rəqs qrupunun rəhbəri Rəhim Babayevin başına iş gəlib. Belə ki, sənətçi paytaxtdakı oyun mərkəzlərinin birində qrup üzvləri ilə birgə fiziki şiddətə məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə R. Babayev feysbukda paylaşım edib.
O, əyləncə üçün həmin mərkəzə üz tutduqlarını, lakin başlarına bu hadisənin gəldiyini bildirib:
“On nəfər idik. Bir adam üçün 18 manat ödəniş etdik. Dedilər ki, sadəcə aktyor sizə toxunacaq, qorxudacaq, başqa heç nə olmayacaq. Lakin oyun zamanı uşaqlar döyüldü. Ağızları, əlləri yaralı, qan içərisində oranı tərk etdik. Sonra dedilər ki, aktyor yenidir, ona görə bilməyib, səhvimiz var, bağışlayın. Amma susmayın, şikayət edin. Başqa hadisələr də ola bilərdi. Çünki uşaqların saçlarından tutub, üzlərinə vururdular, şallaqlayırdılar. Mən etiraz etdim. Guya bu oyunun şərti idi”.
R. Babayev status paylaişaraq hadisən ictimailəşdikdən sonra sözügedən oyun mərkəzinin bağlandığını, işçilərin çıxarıldığını deyib./olay.az/



















