• Bakı 15° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Rəsmi İrəvan Qarabağ ermənilərinin nazı ilə oynamayacaq

GÜNDƏM

25 Sentyabr 2023 | 16:59

Rəsmi İrəvan Qarabağ ermənilərinin nazı ilə oynamayacaq

“Xalq etirazları ilə Paşinyanın hakimiyyətdən getməsi real görünmür”.

Bunu Bakıvaxtı.az-a deputat Razi Nurullayev İravanda keçirilən mitinqlərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, elə görünür ki, İrəvanda baş verən aksiyaların sonu baş nazir Nikol Paşinyanın qələbəsi ilə başa çatacaq: “Çünki Paşinyan hələ 44 günlük müharibdən sonra seçki keçirdi və qalib gəldi. Paşinyanın istefasını tələb edən ermənilərin sayı çox deyil. Kifayət qədər olsa idi, bütün yollar bağlanar, İrəvan iflic olar, bütün Ermənistanda etiraz aksiyaları başlayardı. Lakin bunun şahidi olmuruq”.

Deputat qeyd edib ki, ayrı-ayrı müxalifət adlanan qurumlar insanları toplayıb aksiyalar keçirirlər. Bunun da qarşısı İrəvan polisi tərəfindən qəddarlıqla alınır. İrəvan polisi heç bir etirazçıya güzəşt etmək istəmir.

Müsahibimiz bildirib ki, hüquq-mühafizə orqanlarının Nikol Paşinyanın tərəfində olması etirazçıların da çabalarını heçə endirir: “Bu etirazlardan görə bilərik ki, Ermənistanda Qarabağ ermənilərinin nazı ilə oynamaq istəməyənlərin sayı artır. Azərbaycanın son əməliyyatından sonra isə bunların sayı daha da çoxalıb”.

Razi Nurullayev: Paşinyanı silahlı basqın yolu, dövlət çevrilişi vasitəsilə hakimiyyətdən sala bilərlər

Onun sözlərinə görə, ermənilər orda rahat yaşamaq istəyir, Qarabağla özlərini yükləmək istəmirlər ki, bu da Paşinyanın imkanlarını artırır.

Deputat qeyd edib ki, əlavə olaraq, Qərb Paşinyanı dəstəkləyir: “Ona görə də, Paşinyanın hakimiyyətdə düşürülməsi çətin olacaq. Yeganə olaraq silahlı basqın yolu, dövlət çevrilişi vasitəsilə Paşinyanı hakimiyyətdən sala bilərlər. Xalq etirazları ilə Paşinyanın hakimiyyətdən getmısi hələ real görünmür”.

Aytac Aslan


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025