• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Rizvan Nəbiyev Konstantin Zatulinə CAVAB VERDİ

SİYASƏT

03 Sentyabr 2024 | 15:31

Rizvan Nəbiyev Konstantin Zatulinə CAVAB VERDİ

 “Hələ də xəyallar aləmində yaşamaqda olan Konstantin Zatulin növbəti cəfəng müraciəti ilə gündəmə gəlməyə cəhd göstərdi”.

Bunu Bakıvaxtı.az-a  49 saylı Abşeron ikinci seçki dairəsindən lider namizəd, siyasi elmlər doktoru Rizvan Nəbiyev Rusiya Dövlət Dumasının "Vahid Rusiya" fraksiyasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin növbəti cəfəng müraciətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə olmasaydı, o, terrorizmi dəstəkləməkdə, insanlığa qarşı cinayətdə və digər qeyri-qanuni əməllərə görə cavab verməli olan, Ermənistanın belə arxa çevirdiyi rejimin məlun nümayəndələrinə təbrik müraciəti ilə çıxış etməzdi:

“Zatulinin öz aləmində, tarixin zibil qutusuna atılmış bir rejimin reanimasiyasına xidmət edə biləcək siyasi addım kimi düşündüyü bu əməl reallıqda uğursuz, çox uğursuz addımdır. Daha çox xəyalpərəst romantikin gecikmiş etirafı təsiri bağışlayır”.

R.Nəbiyev bildirib ki, K.Zatulinin bu əməli Rusiya Federasiyası Prezidenti Vladimir Putininin Azərbaycana son dövlət səfərində də əhəmiyyətini vurğuladığı iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə zərbə vurmaq cəhdidir:

“Başqa cür “Vahid Rusiya” partiyasının üzvü olan şəxsin 2 sentyabr tarixində belə mənasız və yersiz müraiciətlə çıxış etməsini necə şərh etmək olar?”

Müsahibimiz qeyd edib ki, Zatulinin də istinad etdiyi “2020-2023-cü il hadisələri”, 30 illik separatizmə, işğala, terrorizmə və insanların iztirabına son qoymuş Vətən müharibəsi və lokal xarakterli anterorror əməliyyatları kimi tarixə daxil olub. Məhz bunun sayəsində regionda yeni geosiyasi reallıqlar yaranıb, sülh, sabitlik və təhlükəsizliyin təmini üçün real şərait yetişib:

“Hazırkı aktual hadisələr fonunda Qafqaz regionundakı regional əməkdaşlığa zərər yetirə biləcək əməllərdən birdəfəlik əl çəkinmək lazımdır, cənab Zatulin”.

“Azərbaycan dövləti öz resursları ilə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş və illərdir pozulmuş prinsiplərini bərpa edərək oların məcburiliyini təmin etdi. Bu gün real siyasətdə yer tutmaq istəyən şəxslər bunu əhəmiyyətini vurğulamalı, yenidən insanların iztirabına, qan axadılmasına səbəb ola biləcək, münaqişə yaratmağa hesablanmış cəfəng xəyallar ardınca qaçmamlıdır”, - deyə Rizvan Nəbiyev əlavə edib.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024