• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rus ordusu bu rayonu tərk etdi

DÜNYA

01 Aprel 2022 | 12:45 | Müəllif: Subhan Mahmudov

Rus ordusu bu rayonu tərk etdi

Rusiya qoşunları Kiyev vilayətinin Brovar rayonunu tam tərk ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Brovar meri İqor Sapojko məlumat verib.

O bildirib ki, Ukrayna hərbçiləri yaxın vaxtlarda ərazini düşmənin qalıqları və texnikasından, o cümlədən minalardan təmizləyəcəklər:

“Brovar əhalisi geri qayıdır. Kiçik və orta biznes tədricən canlanır. Müəssisələr, mağazalar, kafelər açılır. Şəhər öz həyatını yaşamağa başlayır. Bizim Ukrayna ordusundan ümidimiz var idi, həmişə deyirdik ki, hər şey sakitdir, hər şey yaxşıdır”.

Sapojko Brovardakı blok-postların götürülməyəcəyini deyib və bildirib ki, təhlükə anında şəhər müdafiəyə hazır olmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026