• Bakı 25° C

    13.79 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

"Rusal" nadir torpaq elementləri zavodu tikəcək

DÜNYA

27 Fevral 2025 | 14:40

"Rusal" nadir torpaq elementləri zavodu tikəcək

Rusiyanın ən böyük alüminium istehsalçılarından biri olan "Rusal" illik istehsal gücü 1,5 ton olan nadir torpaq elementləri zavodu quracağını açıqlayıb.

Bakıvaxtı.az "Rusal"dan verilən yazılı açıqlamaya istinadən xəbər verir ki, müəssisədə nadir torpaq elementi olan skandiumun istehsal ediləcəyi bildirilib.

Açıqlamada qlobal skandium istehsalının ildə 20-25 ton səviyyəsində olduğu, şirkətin bu sahəyə sərmayə qoymağa qərar verdiyi və Ural dağları yaxınlığında ildə 1,5 ton skandium istehsal edəcək bir obyektin qurulacağı qeyd edilib.

Qeyd edək ki, skandium mülki və hərbi gəmiçilik və aviasiyada istifadə olunan nadir torpaq elementləri arasındadır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026