• Bakı C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Rusiya altı aya qonşularından birinə hücum edə bilər

CƏMİYYƏT

10 Fevral 2026 | 14:04

Rusiya altı aya qonşularından birinə hücum edə bilər

Rusiya Baltik ölkələri (Latviya, Litva və Estoniya) və ya qonşularından birinə qarşı hücuma hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransının hesabatında deyilir.

Hesabat müəllifləri artıq ABŞ-nin Avropa üçün “təhlükəsizlik çətiri” rolunu oynamadığı, o dövrünün başa çatdığını iddia edirlər.

ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, Avropanın təhlükəsizliyinə görə məsuliyyəti NATO üzvü olan Avropa ölkələri öz üzərlərinə götürməlidir. Bu, Vaşinqtonun yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında da əksini tapıb.

Qeyd edilir ki, bu fonda Kreml aqressiv siyasətini gücləndirir, Rusiya iqtisadiyyatı tamamilə hərbi rels üzrə hərəkət edir, federal büdcənin təxminən 40 faizi müdafiəyə xərclənir və Ukraynaya qarşı müharibədə maksimalist hədəflərdən geri çəkilməyib.

Potensial yeni müharibə ssenariləri:

Ukraynada atəşkəs baş verərsə, Baltikyanı regionda müharibə iki il ərzində başlaya bilər;

Altı ay ərzində Rusiya ilə qonşularından biri arasında lokal münaqişə baş verə bilər.

Hesabatda həmçinin Moskvanın Avropada hibrid kampaniyaları fəallaşdırdığı bildirilir, bu baxımdan enerji infrastrukturuna diversiyalar və 2025-ci ilin sentyabrında Polşa və Estoniyanın hava məkanının pozulması nümunə kimi göstərilir./Teleqraf 


SON XƏBƏRLƏR