• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Rusiya səfiri Britaniya XİN-ə ÇAĞIRILDI

DÜNYA

07 Dekabr 2023 | 16:03

Rusiya səfiri Britaniya XİN-ə ÇAĞIRILDI

Rusiyanın Londondakı səfiri Andrey Kyolin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın siyasi prosesinə müdaxilə etmək cəhdində ittiham olunub. Buna görə də Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - telekanalın məlumatında qeyd olunub.

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertinin sözlərinə görə, Rusiya FTX yüksək rütbəli siyasətçilərin və dövlət qulluqçularının şəxsi danışıqlarına təhdid yaradıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026