• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiya səfiri Rumıniya XİN-ə ÇAĞIRILDI

DÜNYA

17 Mart 2024 | 15:22 | Müəllif: Subhan Mahmudov

Rusiya səfiri Rumıniya XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Valeri Kuzmin Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Rumıniya qızılı ilə bağlı şərhlər olub.

Belə ki, martın 14-də Avropa Parlamenti “Rusiya tərəfindən qanunsuz olaraq mənimsənilmiş Rumıniya milli sərvətlərinin geri qaytarılması haqqında” qətnamə qəbul edib. Söhbət o cümlədən 1916-1917-ci illərdə Rusiya imperiyasına aparılan qızıl və tarixi arxivlərdən gedir.

Rusiya səfirliyi Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Rumıniyanın Üçüncü Reyxlə birlikdə SSRİ-yə hücum etdiyini” bildirən və Buxarestin Moskvaya olan borclarının silindiyini xatırladan bəyanatı ilə cavab verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026