• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

"İrana getməyin"  - Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ ETDİ

DÜNYA

16 Aprel 2024 | 12:04

İrana getməyin  - Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ ETDİ

Cənubi Koreya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan gərginlikdən sonra vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Nazirliyin bəyanatında İranın bəzi bölgələrinə, xüsusilə Sistan, Bəlucistan, Xuzistan, Buşəhr və Hörmüzqan əyalətlərinə səfər etməmək tövsiyə olunub.

Cənubi Koreya vətəndaşları İrana planlaşdırılan səfərlərini ləğv etməyə, bölgə sakinləri isə fövqəladə hallar istisna olmaqla təhlükəsiz ölkələrə getməyə çağırılıb.

Açıqlamada nazirliyin İrandakı təhlükəsizlik vəziyyətini yaxından izləyəcəyi və lazım gələrsə əlavə tədbirlər açıqlayacağı qeyd edilib.

Ay Tac


SON XƏBƏRLƏR

29 Aprel 2024