• Bakı 21° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Tibb aləmində tükürpədən nadir hadisə - FOTO

DÜNYA

16 Aprel 2024 | 13:11

Tibb aləmində tükürpədən nadir hadisə - FOTO

Çində qarın ağrısı ilə xəstəxanaya müraciət edən 91 yaşlı qadının hamilə olduğu üzə çıxıb.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, 56 il əvvəl hamilə qaldığını deyən qadın körpəsinin hələ 3 aylıq olarkən öldüyünü bildirib. Maddi imkansızlıq ucbatından dölü abort edə bilməyən qadın 56 il ölmüş uşağını bətnində gəzdirib.

Oxşar hadisə Braziliya mətbuatında əks olunan xəbərlərdə də qeydə alınıb.

7 uşaq anası 81 yaşlı Daniela Almeyda Vera ağrıdığı üçün xəstəxanaya aparılıb. Aparılan müayinələr nəticəsində onun bədənində 56 yaşlı körpə aşkarlanıb. 3D skanlarda aydın şəkildə görünən daşlaşmış körpə normal şəraitdə 1968-ci ildə dünyaya gələcəkmiş. Tibb aləmində “litopedion” kimi tanınan dölün çıxarılması üçün əməliyyat olunan Daniela Almeyda Vera əməliyyatdan sağ çıxa bilməyib və dünyasını dəyişib.

Mətbuata açıqlama verən qadının qızı anasının həkimə getməyi sevmədiyini, xəstəxanadan qorxduğunu bildirib.

Qeyd edək ki, indiyə qədər dünyada Daniela Almeyda Vera və çinli qadın kimi ölü və daşlaşmış körpələri daşıyan 300 nəfər qeydə alınıb.

 


SON XƏBƏRLƏR

29 Aprel 2024