• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Hücum olarsa, dərhal cavab verəcəyik - Baqeri

DÜNYA

16 Aprel 2024 | 11:09

Hücum olarsa, dərhal cavab verəcəyik - Baqeri

İsrail İran İslam Respublikasına hücum etməyə cəhd edərsə, İran saniyələr ərzində cavab verəcək və bu cavab əvvəlkindən daha güclü olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə IRNA İran xarici işlər nazirinin müavini Əli Baqeri Kaninin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail növbəti dəfə səhvə yol verərsə, Tehranın cavabı güclü və ani olacaq.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsraildəki hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib, hücum dalğası təxminən beş saat davam edib. Daha sonra “The New York Times” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” tipli raketi atdığını bildirib.


SON XƏBƏRLƏR

29 Aprel 2024