Rusiya səkkiz ölkədə həmvətənlərə konsulluq xidmətləri göstərmək üçün xüsusi mərkəzlər açacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov bildirib.
Klimovun sözlərinə görə, bu mərkəzlər Argentina, Ermənistan, Qazaxıstan, Qırğızıstan, BƏƏ, Serbiya, Tacikistan və Özbəkistanda hüquqi statusu müəyyən edildikdən sonra fəaliyyətə başlayacaq .
Konsulluqda qəbul üçün növbə gözləmədən ən qısa müddətdə informasiya və məsləhət mərkəzində lazımi sənədləri əldə etmək mümkün olacaq.
Günəş Mərd
















