• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Severodonetskin şərq rayonlarının işğalını davam etdirir

DÜNYA

07 Iyun 2022 | 10:08

Rusiya Severodonetskin şərq rayonlarının işğalını davam etdirir

Ukrayna qüvvələri həftə sonu Severodonetskin bəzi hissələrini geri alıb, lakin Rusiya şəhərin şərq rayonlarının işğalını davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiyanın geniş planında Severodonetski həm şimaldan, həm də cənubdan ayırmaq nəzərdə tutulur.

Qeyd olunub ki, Rusiya may ayında cənubdakı Popasnada nailiyyətlər əldə edib, lakin bu istiqamətdə irəliləyiş son bir həftə ərzində dayanıb. Vurğulanıb ki, İzyum yaxınlığının güclü top atəşinə tutulması Rusiyanın şimal istiqamətində irəliləyiş üçün yenilənmiş səylərə hazırlaşdığını göstərir.

“Rusiyanın taktiki nailiyyətlərini əməliyyat səviyyəsində uğura çevirmək və bütün Donetsk vilayətinə nəzarət etmək kimi siyasi məqsədinə doğru irəliləməsi üçün bu istiqamətlərdə ən azı birində cəbhəni yarıb keçməlidir”, - Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026