• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Türkiyəyə görə 7 milyard itirəcək

DÜNYA

29 Aprel 2021 | 20:11

Rusiya Türkiyəyə görə 7 milyard itirəcək

Rusiyanın aviasiya bazarı Türkiyəyə uçuşların məhdudlaşdırılmasından 6-7 milyard rubl (9 milyon 429 min dollar) vəsait itirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Rusiyanın “Vnukovo” hava limanının sahiblərindən biri Vitali Vantsev jurnalistlərə bildirib.

O qeyd edib ki, aviasiya bazarı ay yarım ərzində 6-7 milyard rubl vəsait itirəcək. May ayı kurort mövsümünün qızğın çağı olmadığından, ən böyük itkilərin isə iyun-iyul aylarına təsadüf edəcəyi gözlənilir.

Xatırladaq ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar aprelin 15-dən iyunun 1-dək Türkiyəyə aviauçuşları məhdudlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026