ABŞ hökuməti İranla nüvə razılaşması ilə bağlı Vyanada danışıqların tezliklə başlamasını səbirsizliklə gözləyir və bu baxımdan Vaşinqtonla Moskvanın maraqlarının üst -üstə düşdüyünə inanır.
Bakıvaxtı.az TASS -a istinadən xəbər verir ki, bu barədə 7 oktyabr, cümə axşamı Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə danışıb.
O, bildirib ki, Vyana danışıqlarının ən qısa müddətdə davam etməsini istərdik. İran tərəfinin müvafiq məsləhətləşmələrin tezliklə davam etdirilə biləcəyi ilə bağlı açıqlamalarına münasibət bildirib: " Ümid edirik ki,tezliklə nə olduğunu başa düşmələri bizimki ilə üst -üstə düşür".
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, Rusiya ilə beş üstəgəl bir formatda qarşılıqlı əlaqələr konstruktiv rol oynadı: "Rusiya Federasiyası ilə razılaşırıq ki, İran nüvə silahı əldə edə bilməz. Bu səbəbdən hər ikimiz razıyıq ki, Vyanada danışıqları ən qısa müddətdə bərpa etməliyik".
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















