Moskva Avstriyanın iki rus diplomatını ölkədən çıxarmağa yönəlmiş hərəkətlərini qətiyyətlə pisləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Məlumata görə, bu addım düşmənçilik və əsassız hesab olunur və onun nəticələrinə görə məsuliyyət tamamilə Vyananın üzərinə düşür.
“Rusiya bu diplomatik insidentlə bağlı müvafiq cavab tədbirləri görəcək”.
Bəyanatda Moskvanın, diplomatların ölkədən çıxarılmasını nəinki ölkələr arasında münasibətləri korlayan, həm də konstruktiv dialoqa əlavə maneələr yaradan ciddi addım kimi qiymətləndirdiyi vurğulanıb:
“Avstriyanın bu cür hərəkətləri qəbuledilməzdir və diplomatik təcrübənin prinsiplərinə ziddir”.
Günəş Mərd
















