Rusiya səfirliyi Yunanıstan Xarici İşlər Nazirliyinə nota verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Səfirlik Kerkirada (Korfu) rus donanmasının komandanı admiral Fyodor Uşakovun abidəsinin təhqir olunması ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyinə nota göndərərək, araşdırmanın aparılması və günahkarların cəzalandırılmasını tələb edib.
















