Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda partlayış baş verib.
Bakıvaxtı.az “RİA Novosti”yə xəbər verir ki, insident nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılardan 3-nün vəziyyəti ağırdır, hətta bir qadının ayaqlarının qopduğu deyilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.















