• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyada balıqçı gəmisi batdı: Ölən və yaralanan var - VİDEO

HADİSƏ

02 Fevral 2022 | 19:13 | Müəllif: Subhan Mahmudov

Rusiyada balıqçı gəmisi batdı: Ölən və yaralanan var - VİDEO

Rusiyanın Primorsk diyarının Zarubino limanının yanalma körpüsündə “Akvanavt” adlı xərçəng balıqçı gəmisi batıb. Hadisə nəticəsində baş mexanik ölüb, kapitan hipotermiya ilə xəstəxanaya yerləşdirilib.

Nəqliyyat prokurorluğunun ilkin məlumatlarına görə, xərçəng balıqçısının göyərtəsində 16 ton yanacaq olub. Yanacağın dağılması barədə məlumat verilmir.

Gəminin sahibi 14 ekipaj üzvünün təxliyə edildiyini bildirib. “Akvanavt”ın bir neçə dəqiqə ərzində batdığı vurğulanır. Həmin anlar kadrlara düşüb.

Faktla bağlı cinayət işi açılıb.

oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR