• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prokurorluqdan Şuşada hərbi avtomobilin qəzaya düşməsi ilə bağlı MƏLUMAT

HADİSƏ

04 Mart 2022 | 13:19

Prokurorluqdan Şuşada hərbi avtomobilin qəzaya düşməsi ilə bağlı MƏLUMAT

Hərbi Prokurorluq Şuşa-Laçın yolunda hərbi avtomobilin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir.

"Daxil olan sözügedən məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir".

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026