• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda partlayışda yaralananlar arasında əcnəbilər də var 

HADİSƏ

03 Aprel 2022 | 09:04

Bakıda partlayışda yaralananlar arasında əcnəbilər də var

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti sabitdir.

Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026