• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada bu il 20% inflyasiya proqnozlaşdırılır

İQTİSADİYYAT

13 Aprel 2022 | 20:13 | Müəllif: Subhan Mahmudov

Rusiyada bu il 20% inflyasiya proqnozlaşdırılır

Cari ilin sonunda Rusiyada inflyasiya 20%-ə çata bilər.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin bildirib.

"İnflyasiya çox güman ki, bu diapazonda 20%-ə qədər, bəlkə də 17-dən 20%-ə qədər çata bilər"- deyə Kudrin bu gün Federasiya Şurasında rəhbərlik etdiyi qurumun 2021-ci ildəki fəaliyyəti haqqında hesabatla çıxış edərkən bildirib.

Rusiya Bankı və İqtisadi İnkişaf Nazirliyinin aprel ayında yeni proqnozlar təqdim edəcəyi gözlənilir. Rusiya Bankının martın əvvəlində analitiklər arasında keçirdiyi sorğunun nəticələrinə görə, bu ilin dekabrında illik inflyasiya 20%, gələn il 8%, 2024-cü ildə isə 4,8%-ə qədər azalacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026