• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada daha bir terror aktının qarşısı alındı

DÜNYA

22 Oktyabr 2021 | 11:46

Rusiyada daha bir terror aktının qarşısı alındı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol diyarında terror aktının qarşısını alıb.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, FSB İŞİD tərəfdarının Stavropol diyarında nəqliyyat infrastrukturuna qarşı terror aktı törətmək cəhdinin qarşısını alıb.

Bildirilir ki, saxlanılan şəxs hücumu əldəqayırma partlayıcı qurğu vasitəsilə həyata keçirməyi planlaşdırıb.

Məlumata əsasən, həmin şəxsin yaşayış yerində aparılan axtarış əməliyyatı zamanı partlayıcı maddə və əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün digər elementlər aşkar olunaraq müsadirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026