Bakıvaxtı.az xəbər verir ki, partlayış nəticəsində yaşayış evinin dağılması səbəbindən ölənlərin sayı 12-yə çatıb.
Dağıntılar altından hələ də insanların qaldığı bildirilir.
***18:18
Rusiyanın Novosibirsk şəhərində yaşayış evində qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 8 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Hadisədə 17 nəfərin yaralandığı bildirilir.
















