• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tacikistan-Əfqanıstan sərhədində silahlı insident olub

DÜNYA

11 Mart 2023 | 19:06 | Müəllif: Subhan Mahmudov

Tacikistan-Əfqanıstan sərhədində silahlı insident olub

Tacikistan-Əfqanıstan sərhədində silahlı insident olub, iki qaçaqmalçı zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tojikistan” dövlət televiziyası məlumat yayıb.

Belə ki, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Xatlon vilayəti üzrə departamentinin əməkdaşları sərhədçilərlə birlikdə Əfqanıstandan Tacikistana iri partiyalı narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısını alıblar.

İnsident Tacikistan-Əfqanıstan sərhədinin Farxor istiqamətində baş verib. Beş nəfərdən ibarət transmilli cinayətkar qrup - Əfqanıstan vətəndaşları Qiyos Valadi Kurbonun rəhbərliyi altında külli miqdarda narkotik partiyasını Tacikistana keçirməyə cəhd ediblər.

Hadisə yerinə baxış zamanı 8 patronlu ov tüfəngi, 1 ədəd F-1 əl qumbarası və 70 kq həşiş aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026