• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukraynanın valyuta ehtiyatları rekord həddə çatdı

DÜNYA

10 Aprel 2023 | 13:44

Ukraynanın valyuta ehtiyatları rekord həddə çatdı

Ukraynanın valyuta ehtiyatları 30 milyard dollara çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin müşaviri Oleq Ustenko bildirib. Onun sözlərinə görə, vəsait beş aydan artıq ölkənin idxalını ödəməyə kifayət edir.

Ustenko Ukraynanın qızıl-valyuta ehtiyatlarının 30 milyard dollara qədər ən yüksək həddə çatdığını deyərək əlavə edib ki, bu vəsait Ukraynanın ən azı beş aylıq idxalını qarşılamaq üçün kifayətdir.

O bildirib ki, ehtiyatlar ən azı üç ay ərzində ölkənin idxalını ödəməyə kifayət edərsə, iqtisadi vəziyyət sabit hesab olunur.

Yüksək rütbəli məmur Ukraynada inflyasiyanın 2023-cü ilə qədər 25 faizə çatacağı proqnozlaşdırıldığını xəbərdar edərək əlavə edib ki, müharibə gərginliyi və ölkənin infrastrukturuna hücumlar güclənərsə, bu böyük rəqəm daha da arta bilər.

Ukrayna Milli Bankı daha əvvəl bildirmişdi ki, 2023-cü ilin fevral ayında ölkənin beynəlxalq ehtiyatları aylıq 3,5 faiz azalaraq təxminən 29 milyard dollar təşkil edib. Tənzimləyici bu azalmanı valyuta bazarına müdaxilələri ilə əlaqələndirib.

İlkin məlumatlara görə, Ukraynanın beynəlxalq ehtiyatları ötən il 7,9 faiz azalaraq yanvarın 1-nə 28,5 milyard dollara çatıb. Mart ayında Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 115 milyard dollarlıq beynəlxalq dəstək paketinin bir hissəsi kimi gələn dörd illik 15,6 milyard dollarlıq kredit proqramını təsdiqləyib. Kredit irimiqyaslı hərbi əməliyyatlarda iştirak edən ölkə üçün agentlik tərəfindən təsdiqlənmiş ilk böyük maliyyələşdirmə proqramıdır. Ölkənin əvvəlki 5 milyard dollarlıq BVF proqramı keçən il başa çatıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026