• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Parlament bu tarixdə işə başlayır

DÜNYA

10 Aprel 2023 | 11:49

Parlament bu tarixdə işə başlayır

Bolqarıstan parlamenti 12 apreldə işə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Bolqarıstan Prezident Administrasiyasının mətbuat xidməti tərəfindən yayılıb.

Mətbuat xidmətindən bildirilib ki, ölkə Prezidenti Rumen Radev parlamentə seçilmiş deputatları 12 apreldə 49-cu Xalq Məclisinin (parlament) ilk işçi sessiyasına çağıracağını bu gün elan edib.

Xatırladaq ki, aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilib və “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyası” seçicilərin 26,49 faizinin səsini toplayaraq, parlamentdə 240 deputat mandatından 69-nu əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026