• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada koronavirusun müalicə təlimatı dəyişdi

GÜNDƏM

07 May 2021 | 14:26

Rusiyada koronavirusun müalicə təlimatı dəyişdi

Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı yeni təlimatı açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS xəbər yayıb.

Sənədə görə, “Hidroksixloroxin” COVID-19 müalicəsi üçün təyin olunan dərmanlar siyahısından çıxarılıb. Bunun əvəzinə bu siyahıya “immunoglobulin” əlavə edilib.

Ondan xəstəxanada müalicə alan xəstələrin müalicəsi üçün istifadə edilməsi tövsiyə olunub.

Ümumilikdə, “Yeni koronavirus infeksiyasının qarşısının alınması, diaqnozu və müalicəsinə dair müvəqqəti təlimat”ın 11-ci nəşrində beş dərman – “Favipiravir”, “Remdesivir”, “İnterferon-alfa”, COVID-19-a qarşı insan immunoglobulini, “Umifenover” dərmanlarının siyahısı verilib.

Eyni zamanda, COVID-19-un qarşısının alınması üçün “KoviVak” və “Sputnik Layt” dərmanları peyvənd siyahısına daxil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026