• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiyada prezident seçkiləri kampaniyasının başlanacağı TARİX 

DÜNYA

28 Noyabr 2023 | 14:15

Rusiyada prezident seçkiləri kampaniyasının başlanacağı TARİX 

Rusiya Federasiya Şurası dekabrın 13-də prezident seçkiləri kampaniyasının başladığını rəsmən elan edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bildirib.

    Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin martında keçiriləcək.

    Xatırladaq ki, Rusiyada son prezident seçkiləri 2018-ci ilin martında keçirib. 2020-ci ilin iyulun 1-də isə mövcud konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı ümumxalq səsverməsi-referendum keçirilib. Referendumun nəticələrinə əsasən, Rusiyada prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb və hazırki dövlət başçısı Vladimir Putinin əvvəlki prezidentlik müddəti sıfırlanıb. Bu isə Putinə 2024 və 2030-cu illərdə yenidən prezidentliyə namizədliyini irəli sürməyə imkan verir./APA


    SON XƏBƏRLƏR

    26 Iyul 2024