• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - YENİLƏNİB

DÜNYA

16 Iyul 2021 | 16:34

Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - YENİLƏNİB

Rusiyanın Tomsk vilayətində radarlardan itən An-28 sərnişin təyyarəsi tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə 14:36-da təyyarənin sərt eniş etdiyi yer müəyyən olunub”.

Sərnişinlərin təxliyəsi üçün artıq “Mi-8” helikopteri xilasedicilərlə əraziyə enib.

Təyyarənin heyəti və sərnişinlər arasında zərərçəkən yoxdur.

Xatırladaq ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb. 

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.

***

Rusiyanın Tomsk vilayətində An-28 sərnişin təyyarəsi radarlardan itib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi xəbər yayıb.

İlkin məlumatda qeyd olunur ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026