İsveç keçən ay 5 rusiyalı diplomatı ölkədən çıxardıqdan sonra Rusiyadan cavab gəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Rusiya Xarici İşlər Nazirliyi İsveçdən qovulan rus diplomatlara qarşı Rusiyada çalışan 5 isveçli diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
İsveçin rus diplomatlarını ölkədən çıxarmasını “düşmən addımı” kimi qiymətləndirən bəyanatda İsveç diplomatlarının ölkədən çıxarılması qərarının iki ölkə arasındakı münasibətlərdə “əks tendensiya”ya cavab olaraq verildiyi vurğulanıb.
Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İsveçin NATO-ya üzvlüyü prosesinin başlaması ilə iki ölkə arasında münasibətlər pisləşməyə başlayıb. Rusiya ikitərəfli münasibətlərin zəifləməsini "görünməmiş aşağı həddə çatdığını" şərh edib.
Ay Tac















