• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Rusiyanın "Mir" ödəmə sistemi Ermənistanda fəaliyyətini dayandırır

DÜNYA

19 Mart 2024 | 12:12

Rusiyanın Mir ödəmə sistemi Ermənistanda fəaliyyətini dayandırır

Rusiyanın milli kart ödəmə sistemi "Mir" martın 30-na kimi Ermənistanın əksər banklarında fəaliyyətini dayandıracaq.

Bakıvaxtı.az bu barədə Rusiya mediasına istinadən xəbər verir. Məlumata görə, "VTB Armenia" istisna olmaqla, digər əksər bankların bankomat və pos-terminalları "Mir" üzrə xidmət göstərməyəcək. Qeyd edilib ki, hazırda "Mir" kartları Ermənistanda işləyir və yerli banklar tərəfindən qəbul edilir.

    Hazırda Ermənistanda VTB-nin 53 filialı fəaliyyət göstərir, onlardan 22-si Yerevandadır. Ölkə üzrə müştərilərin ixtiyarında olan 190-dan çox bankomat da mövcuddur.

    Kart sisteminin nümayəndəsi isə bildirib ki, "Mir" sistemi xarici tərəfdaşlarla işi məhdudlaşdırmır, lakin digər ölkələrin bankları "Mir" kartlarını cihazlarının şəbəkəsində qəbul etmək barədə öz qərarlarını verirlər.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024