• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiyanın Ukraynadakı ŞOK İTKİLƏRİ

DÜNYA

13 Oktyabr 2022 | 09:51

Rusiyanın Ukraynadakı ŞOK İTKİLƏRİ

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 5 ədəd “Ka-52” “Alligator” zərbə helikopterini, İran istehsalı olan 17 ədəd “Shahed-136” PUA-sını və 2 ədəd “Zala Lansent” PUA-sını məhv edib.

Bakıvaxtı.az UNN-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.

Bildirilib ki, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin qırıcıları, bombardmançıları və hücum təyyarələri müxtəlif istiqamətdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinə, tağım və taborlarının yerləşdiyi dayaq məntəqələrinə, eləcə də maddi-texniki təchizatın, yanacaq-sürtkü materiallarının və döyüş sursatlarının olduğu səhra anbarlarına zərbələr endirib.

Bundan əlavə, zərbələr Rusiyanın canlı qüvvəsinin və hərbi texnikalarının cəmləşdirildiyi ərazilərə də endirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR