• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

CƏMİYYƏT

15 Mart 2022 | 12:31 | Müəllif: Subhan Mahmudov

Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, R.İbrahimbəyovla vida mərasimi 16 mart, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq:

“Vida mərasimi başa çatdıqdan sonra Xalq yazıçısı Birinci Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib. 

Xalq yazıçısı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 1939-cu ildə Bakı şəhərində anadan olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR