• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Sabah 13° isti olacaq

CƏMİYYƏT

01 Mart 2024 | 12:34

Sabah 13° isti olacaq

Martın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026