• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sabah bu rayonlarda qaz OLMAYACAQ

CƏMİYYƏT

13 Fevral 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

Sabah bu rayonlarda qaz OLMAYACAQ

“Kürdəmir”, “İsmayıllı”, “Talıstan”, "Göyçay 2” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı 14.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək “Kürdəmir”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından və “Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli əhali qaz xəttindən qaz təchizatının dayandırılması, 15.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək “İsmayıllı” ölçü qovşağından və "Talıstan” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Kürdəmir, Göyçay və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026