• Bakı 13° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Xaçmazda məktəbli qıza sataşan müəllimdən XƏBƏR VAR - VİDEO

CƏMİYYƏT

14 Mart 2024 | 17:01

Xaçmazda məktəbli qıza sataşan müəllimdən XƏBƏR VAR - VİDEO

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılımış informasiya barədə araşdırma aparılıb. 

Bakıvaxtı.az Yenisabah.az-a istinadən xəbər verir ki, məsələnin detalları Space TV-də yayımlanan “Gəl Danış” verilişində açıqlanıb. 

Verilişin aparıcısı Amil Xəlil bildirib ki, fiziki tərbiyə müəllimi Təbriz Adgözəlov qız şagirdinə qiymət yazacağı vədi ilə uyğunsuz hərəkətlər edib:

“Qusarçay kəndində Təbriz adlı idman müəllimi qiymət yazmaq adı altında şagirdə qarşı xoş olmayan hərəkətlər edirmiş. Aldığımız məlumata görə, bu olaydan sonra direktor ərizəsini yazaraq işdən çıxıb. Bundan sonra məktəbdə qırğın olub, valideynlər məktəbə hücum edib və dərhal olayın açıqlamasını istəyiblər. İddialara görə, bundan sonra direktor abrından istefa verib”. 

Daha sonra Xaçmazdakı müxbirlə canlı bağlantı qurulub və detallar üzə çıxıb: 

“Direktor öz ərizəsi ilə gedib, o, məktəbdə minə yaxın şagird olduğunu, bundan əvvəl də məktəbə psixoloq lazım olduğu ilə bağlı ərizələr yazdığını qeyd edib. 

Hələ ki, araşdırmalar davam edir, iddialar var ki, sözügedən idman müəllimi içki düşkünü olub və maraqlısı budur ki, onun 60 yaşı var. Sakinlər də bu cür hadisədə kəndlərinin adının hallanmasından məyus olublar. 

Həmin müəllim bir müddət öncə həyat yoldaşından ayrılıb. O, bu kənddə yaşamır, Qusar rayonundan gələrək fənnini tədris edirmiş".

Həmin görüntüləri təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026