• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Sabah hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

26 Dekabr 2022 | 12:37 | Müəllif: Qalib İbrahimoğlu

Sabah hava necə olacaq? - PROQNOZ

Dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026