• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Sabah sınaq imtahanı keçiriləcək

CƏMİYYƏT

08 Fevral 2025 | 10:43

Sabah sınaq imtahanı keçiriləcək

İnformatika fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinal turunda iştirak edəcək şagirdlər üçün sınaq imtahanı keçiriləcək.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.

İmtahan Beynəlxalq İnformatika Olimpiadasının (IOI) və İnformatika üzrə Respublika Fənn Olimpiadalarının qaydalarına əsasən keçirilir və iştirakçılara C++ və Python dillərindən istifadə etməklə həll üçün tapşırıqlar təklif olunacaq. Tapşırıqlar iştirakçıların alqoritmik təfəkkürünü, problem həlletmə bacarıqlarını və proqramlaşdırma qabiliyyətini yoxlayır.

Sınaq imtahanı ötən tədris ilinin yarımfinal turunun sualları əsasında təşkil olunacaq.

İmtahan 9 fevral tarixində saat 10:00-da keçiriləcək.


SON XƏBƏRLƏR

08 May 2025