• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabah temperatur 4-6 dərəcə aşağı enəcək

CƏMİYYƏT

24 Avqust 2021 | 15:37

Sabah temperatur 4-6 dərəcə aşağı enəcək

Avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var .

Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026