Əlcəzair Prezidenti Abdelməcid Tebbun bütün Mərakeş aviasiyası üçün ölkənin hava sahəsini bağladığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Ali Təhlükəsizlik Şurası Mərakeşin bütün mülki və hərbi təyyarələri, habelə Mərakeşdə qeydiyyatdan keçmiş təyyarələr üçün ölkənin hava sahəsini dərhal bağlamaq qərarına gəlib.
Xatırladaq ki, Əlcəzair 24 avqustda qonşu ölkəni düşmənçilik hərəkətlərində ittiham edərək Mərakeşlə diplomatik əlaqələrini kəsdi.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















